GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » 37-ci illərdə Azərbaycan yazıçıları bir-birlərini satır, vəzifəyə gedirdilər...

37-ci illərdə Azərbaycan yazıçıları bir-birlərini satır, vəzifəyə gedirdilər...

Tarix: 5-10-2016, 00:01 Bölmə :Siyasət Baxış: 879
37-ci illərdə Azərbaycan yazıçıları bir-birlərini satır, vəzifəyə gedirdilər...

Bağırovdan allahın özüdə qorxurdu, o ki, qaldı bəndə ola!

Birinci əhvalat


..Şair Süleyman Rüstəm nəql edir ki, bu əhvalat 1938-ci ilin əhvalatıdır. Süleyman gecə şirin yuxuda idi. Birdən telefon səsi eşidildi. Hövlnak yuxudan ayıldım. Çünki o vaxtlar tuthatut illəri idi. Bu gündən sabaha etibar yox idi. Hər gecə beş-on ziyalı, ictimai dövlət xadimi həbs olunurdu. İşığı yandırıb saata baxdım. Saat üçə az qalmışdı. Şəhər zülmət qaranlığa bürünmüşdü. Zəng ikinci dəfə təkrar olanda cəld dəstəyi qaldırdım. Mərkəzi Komitədən Mircəfər Bağırovun köməkçisi idi. Onun səsinin ahəngi xoşuma gəlmədi
- Süleyman, aşağıda Sizi xüsusi maşın gözləyir! Təcili maşına əyləşin! Kişi (O zaman M. Bağırova "kişi" deyərdilər- Elnur) sizinlə görüşmək istəyir.
Ətim ürpəşdi. Soyuq bir tər bədənimi basdı. Mənim vəziyyətimi gözünüzün qabağına gətirin. Adətən, "qorxulu xalq düşmənlərini" belə qaranlıq gecələrdə xəlvəti götürürdülər. Hara aparırdılar, kim aparırdı, onu bircə Allah bilirdi.
Ailədə hamı qorxuya düşdü. Şivən başladı. Anam da, atam da, bacım da, həyat yoldaşım da için-için ağlayırdı. Onlara ürək-dirək verdim:
- Ölü dalınca ağlayarlar, səsinizi kəsin! Kişinin mənimlə nə işi var?! Mən sadə bir dəmirçi oğluyam. Məndən "xalq düşməni" olar?
Anam Xırdaxanım əllərini göyə qaldırıb o bir allaha məni tapşırdı: "Ya gözəgörünməz tanrı, sən Mircəfər Bağırovun dil-ağzını bağla, onun ürəyinə rəhm sal. Mənim balamla işi olmasın".
...Mən maşına əyləşəndə saat dördə işləyirdi. Çox keçmədi ki, sürücü məni Mərkəzi Komitəyə gətirdi. M.Bağırovun köməkçisi yəhudi idi. O, saatına baxıb narazı halda başını buladı: - İki dəqiqə kecikmisiniz, belə olmaz! Tez olun, kişinin vaxtı yoxdur, keçin içəri!
Mən Bağırovun otağına girdim. O, stulunda əyləşib çay içirdi. Sifətində bir o qədər də qəzəb hiss olunmurdu. Eynəyinin altından məni sınayıcı bir nəzərlə süzürdü. Hiss etdi ki, bərk qorxmuşam. Çünki sifətim ağappaq idi. O, amiranə bir səslə:
- Əyləşin!
Mən irəli yeriyib stulun birini altıma çəkdim. Ancaq nəzərim onun sifətində idi. Sifətində qəzəb qarışıq şeytanın da baş aça bilməyəcəyi bir təbəssüm var idi. O, qəsdən dinmir, məni intizarda saxlayırdı. Elə bil mənimlə məzələnirdi. Handan-hana Bağırov "əsl mətləbə" keçdi.
- Hə, dəmirçi oğlu, kefin necədir?
- Sağ olun, yoldaş Bağırov, pis deyil.
- Bilirsən, Sizi niyə çağırmışam?
- Xeyr, yoldaş Bağırov.

37-ci illərdə Azərbaycan yazıçıları bir-birlərini satır, vəzifəyə gedirdilər...
Suleyman Rustam, 1976-cı il.

O yenə xeyli duruxdu. Hiss edirdim ki, qəsdən sükut yaradır. Bədənim daha da istilənməyə başladı. Diqqətlə onun sifətinə baxırdım. Sifətində mücərrəd bir ifadə var idi.
"Bu gözlüklü ilan deyəsən məni qəfil çalmaq istəyir. Yəqin gözləyir ki, çekistlər gəlsin. Ona görə də mətləbi yubadır. Allaha təvəkkül. Ölümdən o tərəfi yoxdur ki. Nə olacaq, olacaq". Özümü yığışdırıb dəsmalla alnımın tərini sildim. Bağırov gördü ki, vəziyyətim tamam ağırlaşır. Odur ki, gülümsəyə-gülümsəyə dedi:
-Dəmirçi oğlu, Sizi təbrik edirəm
-Nəyə görə, yoldaş Bağırov?
-Sizi Qubadan Azərbaycan SSR Ali Sovetinə deputat vermişəm. Öz vətənimdən. Ona görə də Sizi çağırmışam ki, muştuluqlayam. Sabah Qubadan maşın gələcək. Orda yaxşı çıxış eliyərsən...
...Elə bil ki, üstümdən ölüm hökmünü götürdülər. Dirçəldim. Bilmədim ki, Bağırova necə təşəkkür edim. Bircə onu dedim ki, yoldaş Bağırov, evdə elə bilirlər ki, məni həbs etmək üçün çağırmısınız. İndi bizim evdə ağlaşmadır. Xahiş edirəm icazə verin evə zəng vurum.
Mən Bağırovun kabinetindən anamla danışdım... Evdə hıçqırıq səsi eşidilirdi. Bağırov telefonun dəstəyini məndən aldı. Anam Allaha da dua edirdi, seyidə də. Bağırov anamın səsini eşidəndə yumşaldı:
- Ana anadır, Süleyman. Ona görə də Allah onun niyyətini yerinə yetirdi, yoxsa işi bilmək olmazdı. Anan namaz üstə imiş.
Sonra Bağırov mənə dedi ki, qocanı da çağırmışam. O, qoca deyəndə yazıçı Məmməd Səid Ordubadini nəzərdə tuturdu. Vaxtilə Həştərxanda sürgündə olmuşdular. Ona görə də zarafatları var idi. Bağırov dedi ki, gülüb eləmə. İşi korlayarsan. Görək qoca özünü necə hiss edir. Mənim bu gecə zarafatıma dözürmü? Elə bu vaxt qapı açıldı. M. S. Ordubadi qorxa-qorxa içəri girdi. Sir-sifəti tamam ağarmışdı. Elə bil mürdəşir onu indicə kəfənə bükəcəkdi. O, Bağırovun qəzəbli baxışına tab gətirməyib divara söykəndi. Dizləri büküləndə ayağa qalxdı. İstədim onun qolundan yapışam. Bağırovun hökmlü səsi eşidildi:
- İkinizin də qulaqlarını gərək dəryada balıqlara yedirdəm! İkiniz də qatı xalq düşmənisiniz! Əyləşin, indi çekistlər gəlib sizi aparacaq!
Ordubadi dizi üstə döşəməyə çökmüşdü. O, iki əlini Bağırova uzadıb yalvardı:
-Yoldaş Bəqirov, sən o Volodyanın canı, mənimlə işin olmasın. Bu qoca vaxtımda məni vətənimdən sürgün etmə. Onsuz da Nikolay mənə sitam eləyib!
Valodya Bağırovun istəkli oğlu idi. Həştərxanda Ordubadinin qucağında böyümüşdü. Odur ki, Bağırov özünü saxlaya bilməyib güldü. Məsələni anlayan Ordubadi ayağa qalxıb uşaq kimi küsdü.
- Yox, yoldaş Bəqirov, bundan sonra məni danışdırma. Mən ki ölmüşdüm, mənə yazığın gəlmir? Vallah, Valodyaya şikayət edəcəyəm.

37-ci illərdə Azərbaycan yazıçıları bir-birlərini satır, vəzifəyə gedirdilər...
Məmməd Səid Ordubadi Ordubadi
Caninin zarafatı qurtardı. Hər ikimizə çay gətirdilər. Limonlu çay içdik. Söhbət şirinləşdi. Bağırov dedi ki, Məmməd Səid Ordubadini Culfadan deputat vermişəm. Ordubadi bilmirdi ki, Bağırova necə təşəkkür etsin. Amma onu da etiraf etdi ki, maşın təhlüksizlik idarəsinin qabağından ötəndə bərk həyəcan keçirib. Elə bilib ki, indicə onu tutub-basacaqlar gedər-gəlməz yerə. Bağırovun da ondan xəbəri olmayacaq.
Mən həmişə bu əhvalatı yazıçı dostlarıma söyləyəndə Ordubadi pərt olurdu. İnanın ki, Bağırovdan Allahın özü də qorxurdu! O ki, qaldı, bəndə ola! O günlər getsin, bir də gəlməsin!

İkinci əhvalat

Təziyyə

Bu əhvalat 1943-cü ilin əhvalatıdır. Süleyman Rüstəm nəql edərdi ki, o vaxtlar ağır müharibə illəri idi. Mən Təbrizdə hərbi qulluqda idim. Bakıya bir neçə günlüyə məzuniyyətə gəlmişdim. Bakı dəmiryol vağzalında gördüm ki, çekistlər adamları mühasirəyə alıblar... (Sonralar eşitdim ki, həmin gün Stalin Tehran şəhərinə konfransa gedirmiş). Sənədlərimi çekistlərə göstərib güclə evimizə gəldim. Axşam dost-tanış bizə toplaşdı. Qonşumuz Ordubadi də mənimlə görüşməyə gəldi. O çox dilxor idi. Mənə dedi ki, gədə, (o adətən istəkli adamlarına "gədə" deyə müraciət edirdi) axşam Bəqirovgildə ol! Bəqirov Təbrizdən gəldiyini eşidib. O mənə dedi ki, axşam saat yeddidə Volodyanın təziyəsi olacaq. Süleymanı da götürüb gələrsən. Düzü, uzaq yoldan təzəcə gəlmişdim. Özüm də yorğun idim. Odur ki, təziyəyə getməyə könlüm yox idi. Amma kim cəsarət edib Bağırovun dəvətinə getməyə bilərdi?! Bəzi yalançı vətən qəhrəmanları Bağırov güllələndən sonra deyər ki, "mən getməzdim!" Belələri ağ yalan deyir. İnanın ki, Bağırovdan Allahın özü də qorxurdu! O, ki, qaldı bəndə ola!

37-ci illərdə Azərbaycan yazıçıları bir-birlərini satır, vəzifəyə gedirdilər...
Məmməd Səid Ordubadi Ordubadi

Caninin zarafatı qurtardı. Hər ikimizə çay gətirdilər. Limonlu çay içdik. Söhbət şirinləşdi. Bağırov dedi ki, Məmməd Səid Ordubadini Culfadan deputat vermişəm. Ordubadi bilmirdi ki, Bağırova necə təşəkkür etsin. Amma onu da etiraf etdi ki, maşın təhlüksizlik idarəsinin qabağından ötəndə bərk həyəcan keçirib. Elə bilib ki, indicə onu tutub-basacaqlar gedər-gəlməz yerə. Bağırovun da ondan xəbəri olmayacaq.
Mən həmişə bu əhvalatı yazıçı dostlarıma söyləyəndə Ordubadi pərt olurdu. İnanın ki, Bağırovdan Allahın özü də qorxurdu! O ki, qaldı, bəndə ola! O günlər getsin, bir də gəlməsin!

İkinci əhvalat

Təziyyə

Bu əhvalat 1943-cü ilin əhvalatıdır. Süleyman Rüstəm nəql edərdi ki, o vaxtlar ağır müharibə illəri idi. Mən Təbrizdə hərbi qulluqda idim. Bakıya bir neçə günlüyə məzuniyyətə gəlmişdim. Bakı dəmiryol vağzalında gördüm ki, çekistlər adamları mühasirəyə alıblar... (Sonralar eşitdim ki, həmin gün Stalin Tehran şəhərinə konfransa gedirmiş). Sənədlərimi çekistlərə göstərib güclə evimizə gəldim. Axşam dost-tanış bizə toplaşdı. Qonşumuz Ordubadi də mənimlə görüşməyə gəldi. O çox dilxor idi. Mənə dedi ki, gədə, (o adətən istəkli adamlarına "gədə" deyə müraciət edirdi) axşam Bəqirovgildə ol! Bəqirov Təbrizdən gəldiyini eşidib. O mənə dedi ki, axşam saat yeddidə Volodyanın təziyəsi olacaq. Süleymanı da götürüb gələrsən. Düzü, uzaq yoldan təzəcə gəlmişdim. Özüm də yorğun idim. Odur ki, təziyəyə getməyə könlüm yox idi. Amma kim cəsarət edib Bağırovun dəvətinə getməyə bilərdi?! Bəzi yalançı vətən qəhrəmanları Bağırov güllələndən sonra deyər ki, "mən getməzdim!" Belələri ağ yalan deyir. İnanın ki, Bağırovdan Allahın özü də qorxurdu! O, ki, qaldı bəndə ola!

37-ci illərdə Azərbaycan yazıçıları bir-birlərini satır, vəzifəyə gedirdilər...

Yazıçı Məmməd Rahim.
Mən dedim ki, Yazıçılar İttifaqında nə danışırıq, hamısının əksinə sizə çatdırırlar. Yalançı adamlar sizin düşməninizdir. Səmədlə məsləhətləşdik ki, həmin yalançı xəbərçini tapaq. Mən həmin türk şeirini ancaq Səməd Vurğunun, bir də Məmməd Rahimin yanında oxumuşam. Demək, yalançı xəbərçini tapmışıq.

Bağırov qəzəbləndi və dedi ki, gedin ədəbiyyatla məşğul olun! Çekistliklə biz özümüz məşğuluq... Həmin gündən sonra heç kəs Məmməd Rahimin yanında sirr danışmırdı

Müəllifdən: Bu əhvalatlar indiki nəsilin o dövrü anlamaları üçün gözəl nümunədir. Məmməd Rahim məsələsində Süleyman Rüstəm haqlıdır, ancaq səmimi deyil. Məmməd Rahim nə qədər günahkar olubsa, Süleyman Rüstəm də, Səməd Vurğun da bir o qədər günahkar olub. Yazıçılar Birliyi yazıçıları nəzarətdə saxlamaq üçün yaradılan bir qurum olub. Burada o haqda ətraflı məlumat verməyə dursam, mövzudan çox uzaqlaşaram. Buna görə də Bayronun sözləri ilə kifayətlənirəm: bir damla mürəkkəb milyonların fikrini oyatmaq üçün kifayətdir.

Represiyalara gəlincə, 1920-ci ildən 1933-cü ilədək Respublikanın əcnəbi millətlərin nümayəndələrinin idarə etməsinin əsas səbəbi məhz Azərbaycan rəhbərlərinin daxili çəkişmələri idi. Daxili ixtilaflar 1937-1938-ci illərin kütləvi represiyalarına gətirib çıxardı. 1959-cu ildə daxili çəkişmələr nəticəsində Azərbaycana millətçi damğası vuruldu.

37-ci illərdə Azərbaycan yazıçıları bir-birlərini satır, vəzifəyə gedirdilər...
Məmməd Rahimin Mikayıl Müşfiq haqda məqaləsi.

Məsələn, Məmməd Rahim yazırdı ki, “Müşfiqin həyasızlığı oraya gəlib çatmışdır ki, o, Sovet Azərbaycanında heç bir yenilik görməyirdi”.

“O, Leninin obrazını vermək iddiasında bulunurdu, lakin sözdə xalq səadətindən danışan, işdə isə xalq azadlığını satan bu sənət dəllalı ulu Lenini qaniçən cahangir, peyğəmbər Məhəmməd isə Budda ilə müqayisə etmişdir”. Bunlar əsassız fikirlərdi. Əslində Mikayıl Müşfiq sosializmə inanırdı, həlin onun yaradıcılığına müraciət edək:

Lenin şeiri:


Anladıq yalanmış tamam o sözlər
Nə şəfqət, nə insaf, nə allah, nə din.
Silkindi qafalar, açıldı gözlər
Əsrin kürsüsünə çıxarkən Lenin

Müşfiq sosializmin əsas ideyası olan beynəlmiləlçilik və xalqlar dostluğu mövsusunda yazdığı lirik şeirlərdə qardaş xalqların, mənəvi yaxınlığının yeni məna kəsb etməsi əksini tapmışdır. Onun erməni xalqına həsr etdiyi şeirləri və poemaları bu cəhətdən maraqlıdır.

Bu diyarda
türk, erməni, gürcü var.
Bu diyarın bir yıxılmaz
proletar bürcü var.
Sarsıtmaz
bu bürcü
Kapitalın topları,
onların hap-gopları!

Şair "Qafqaz" şeirində Zaqafqaziya xalqlarının keçmiş müsibətli günlərini onların "qızıl kimi təmiz", Lenin dostluğunun yaratdığı xarüqələrdən danışır. Şeirin sonunda Müşfiq yazır:

Bu gün bizim birliyimiz
qızıl kimi təmizdir.
Qızılımız- cingildəyən səsimizdir.
Bizi fabrik, bizi zavod, bizi kolxoz
bir yığnağa toplamış.
Fikrimizin axını
Beş qitəyə qaplamış.
Nə musavat, nə menşevik xülyası.
Nə də daşnaq röyası
bizim sakit yataqlarda
oyanmaz... Qanımızda əski çürük millətçilik qaynamaz!
Üfüqlərdə qanadlanır
şura Zaqafqaziyası.
Bu diyarda gələcəyi salamlayır
sosializm dünyası​

Şair Ermənistana üz tutub deyir:

Sən də köksüm kimi dalğalan, Sevan!
Sən mənə can dedin, can Ermənistan!
Acıqla keçmişə dönüb baxanda,
Sən də mənim kimi oldunmu peşman?
İlk gölələr kimi əzəldən bəri
Ey sərgərdan gəzən zavallı insan!
Mənə ilham verir Dərəçiçəkdə
Bir nəfəs dərib də, bir gül qoparman.
Dağların dumanlı ətəklərində
Gəldikcə işığın, yandıqca çıran,
Şair yeni-yeni sözlər bulacaq,
Kainat olduqca şeir olacaq!

Sevan gölünə müraciət edir:

“Gözümüz qalmamış ancaq balıqda,
Dağlara gərəkdir su da, işıq da!"
Haydı, tərpən, Sevan, haydı, coş, Sevan!
Min bir at gücilə ona qoş, Sevan!

1935-ci ilin əvvəllərində Müşfiq erməni ədəbiyyatından tərcümələr edirdi. O özü deyirdi: "Mən, bu il erməni ədəbiyyatından böyük bir almanax vermək üçün çalışıram".

Bu işə Müşfiq ÜİK (b) P MK-nın 23 aprel 1932-ci il tarixli "Ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında" qərarından sonra başlamışdı. Bu qərardan sonra şair siyasi, elmi biliyini artırmağa, dünya xalqlarının tarixi keçmişini, mədəniyyətini və müasir ədəbiyyatını öyrənməyə ciddi səy göstərir. Müşfiq Ömər Xəyyam, Firdovsi, A.S.Puşkin, M.Y.Lermontov, M.F.Axundzadə, H.Tumanyan, T.Şevçenko kimi görkəmli sənətkarların əsərlərini doğma dilinə çevirir. O, erməni dilindən etdiyi tərcümə barədə yazırdı: "Çarensin dörd böyük poemasını tərcümə etmişəm. Bu, şura xalqları arasında sosialist mədəniyyəti birliyi yolunda atdığım ilk addımdır". Müşfiqin adını çəkmədiyi poemalar bunlardır: "Çılğınlaşmış izdihamlar" , "El üçün nəğmə", "Lenin və Əli", "Sako", sonralar Müşfiq Y. Çarensin "Gələcəyə doğru", "Bahar", "Şamiram"və.s əsərlərini də tərcümə etmişdir.

Müşfiq erməni şeiri antologiyası tərtib etməyi qərara aldığına görə, bu ədəbiyyatın digər görkəmli nümayəndələrinin Hovanes Tumanyanın ("Maro","Əski xeyir-dua"), V. Alazanın ("Bəyaz Qərənfillər"), V. Norensin ("Ata", "Səhər"), Petros Duryanın ("Türk qızı"), A. Vuştuninin ("Şərq") əsərlərini Azərbaycan dilinə çevirir.

Sovet İttifaqının tarixi mürəkkəb olmuşdu, birmənalı olmamışdı. Faşizmin məğlub edilməsində Sovet İttifaqı böyük rol oynayıb. Heç nəyi unutmaq lazım deyil, eyni zamanda da heç bir dövrü ideallaşdırmaq lazım deyil.
Biz 70 il marksizm-leninizm ideyalarının təsiri altında yaşamışıq. İndi bundan imtina etmişik, bu isə tamamilə təbiidir. Azərbaycan Respublikası marksizm-leninizm ideyalarına bir daha qayıtmamalıdır.

Bu yazılar kimlərisə gözdən salmağa yönəlməyib, məqsədim, sadəcə, repressiyalar dövrünün ab-havası haqda təəssürat yaratmaqdır. Bu həmin sistemin, həmin münasibətin məhsulu idi.

Dördüncü əhvalat

Süleyman Rüstəm deyərdi ki, Moskvada oxuyurdum. Bir gün evimizdən teleqram aldım. Təcili Bakıya gəl, atanı tutublar. Bərk dilxor oldum: "Bu kişi elə şərəşur adam deyil, görəsən onu kim yenə tora salıb?! Yox, burda ciddi bir iş var!" Tez Bakıya gəldim. Evimizdə hamı kədərli idi. Bacılarım ağlayırdılar. Anam dedi ki, düşmənlər atanı gepoya (xalq arasında o zaman daxili işlər orqanına belə deyirdilər - Elnur) şeytanlayıblar.

-Niyə şeytanlayıblar?!

-Deyiblər ki, atanın bir küpə qızılı var, qızılı versin, buraxaq. Mən Mircəfər Bağırovun qəbuluna getdim. Bağırov məni qəbul elədi. Atamın tutulmasından onun xəbəri var idi. Dedi ki, yaxşı ki gəldin. Atana de ki, qızılların yerini desin. Onunla işimiz olmayacaq. İndi dövlətə qızıl lazımdır!

Mən dedim ki, yoldaş Bağırov, bizim böyük ailəmiz var. Atam dəmirçi babadır, qazancı güclə ailəni dolandırır. Bir vaxt atam anamın daş-qaşlarını da satıb torpaq almışdı ki, neft çıxardar. O da baş tutmadı. Bəxti qara imiş.

Bağırov dedi ki, Süleyman, dəqiq öyrənmişəm atanın qızılı da var, hələ desən matışkası da. Mən dedim ki, yoldaş Bağırov, qızılını bilmirəm, amma matışkası ola bilər. Bağırovun dodağı qaçdı. O cəlladın qəribə xasiyyəti vardı. Xoş damarına düşəndə olduqca insaflı və səxavətli olurdu. Ancaq nadir hallarda onun xoş damarı tuturdu. Qalan damarları isə həmişə ölüm gətirirdi.

Bağırov zəng edib atamı gətirtdirdi. Atam məni görcək ağladı:

-Süleyman, sən Allah, neçə gündür qaranlıq zindanda bağrım çatlayır, tükan da qalıb başlı-başına, ananın qalan nəki daş-qaşı var, hamısını sat, ver bu kişiyə, məni buraxsın.

Atam bilmirdi ki, o, Bağırovun kabinetindədir. Elə bilirdi ki, milis naçalniki onu dindirməyə çağırıb. Bilsəydi Bağırovdur dili-ağzı quruyardı. Bağırov çekist idi. O, atamın bütün hərəkətlərinə göz qoyurdu

-Süleyman, atanı bir şərtlə buraxıram. Qızılı tapıb qaytararsınız dövlətə! Düzdür, o qızılı dəmirçi atan zəhməti ilə yığıb. Ancaq dedim ki, dövlətə qızıl lazımdır.

Novxanı bağında anan mənə dedi ki, atan qızıllarını balaca bir küpədə saxlayır. O, küpü əncirin altında basdırıb. Bundan sonra mən hər gün atamı güddüm, ona göz qoydum. Atam hərdən şübhəli-şübhəli əncirin dövrəsində fırlanırdı. Demə atam nə isə hiss edib "xəzinənin" yerini dəyişdirmişdi. Gecəyarı əncirin dörd tərəfini bellə qazdım. Küpdən əsər-əlamət yox idi.

Kürd əsilli böyük Azərbaycan yazıçısı Cəlal Bərgüşadın dediklərindən: Qayınatam (Süleyman Rüstəmin atası - Elnur) Məşədi Əlabbas kişi ölüm ayağında olanda onun yanında idim... O, Əzrayılla əlbəyaxada ikən qonşumuz erməni qızı Rozanı çağırtdırdı. Əli ilə ona nə isə işarə elədi: "Halal xoşun olsun, səndəki hamısı sənə qalsın". Qayınanam Xırdaxanım dedi ki, kişi ölüm ayağında bütün qızıllarını sevgilisi Rozaya bağışladı. Demək, qayınatamın həqiqətən qızılı varmış. Qızıl isə Rozaya qismət oldu. Roza da həmin qızıla özü üçün yaraşıqlı bir mülk tikdirdi. Yaxşı deyirlər ki, qızıl öz sahibinə qismət olmur.

Beşinci əhvalat

M. Bağırov M. S. Ordubadini yanına çağırtdırıb. Ancaq neçə saat onu gözləmə otağında oturtmağa məcbur edib. Ordubadi bərk təşviş keçirib. "Görəsən məni satan kim olub? Bu kişi nə üçün mənə münasibətini belə dəyişdirib?" Elə bu zaman Bağırov Ordubadini içəri dəvət edib. Xeyli dinib-danışmayıblar. Ordubadi qorxusundan bilməyib ki, nə etsin. Axırda Bağırov onun üstə acıqlanıb:
- Qoca, sənin Parapet (el arasında Karl Marks adına parka belə deyirdilər- Elnur) bağında nə işin var?!
-Nə olub, yoldaş Bəqirov?
-Bizim uşaqlar (çekistlər) sənə yüz saxta qızıl onluq satıblar. Tapşırmışam, pulunu qaytaracaqlar. Qızılları geri verərsən. Bir də Parapet tərəfə gəlib eləmə.

37-ci illərdə Azərbaycan yazıçıları bir-birlərini satır, vəzifəyə gedirdilər...
Araşdırmaçı yazar Elnur M. Bədəlov.

Ordubadinin az qalıb ürəyi getsin. Demə, "lotular" "Qılınc və qələm" romanının bütün yazı haqqını saxta qızılla Ordubadidən qoparıblarmış.
Ordubadi ölüncə bir də Parapet bağına sarı baxmırdı.

(Yazıda Cəlal Bərgüşadın xatirlərindən istifadə olunub)

Müəllif: Elnur M. Bədəlov

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mircəfər Bağırovun zindanda çəkilmiş və indiyədək heç kəsin görmədiyi son şəkli

    Mircəfər Bağırovun zindanda çəkilmiş və indiyədək ...

    18-09-2014, 16:38

  • 
  • İraq qüvvələri Süleyman Bəy qəsəbəsini İŞİD-dən azad edib

    İraq qüvvələri Süleyman Bəy qəsəbəsini İŞİD-dən ...

    2-09-2014, 10:54

  • 
  • Bakıda 45-i qadın, 8-i kişi olmaqla əxlaqsızlıqla məşğul olanlar həbs olundu

    Bakıda 45-i qadın, 8-i kişi olmaqla əxlaqsızlıqla ...

    16-05-2013, 11:17

  • 
  • Süleyman Dəmirəl: "Ədalətin kəsdiyi barmaq ağrımaz"

    Süleyman Dəmirəl: "Ədalətin kəsdiyi barmaq ...

    6-08-2013, 12:07

  • 
  • Toğrul Nərimanbəyov Səttar Bəhlulzadəni ölümdən necə xilas edib

    Toğrul Nərimanbəyov Səttar Bəhlulzadəni ölümdən ...

    13-06-2013, 15:38


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu