GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Müharibənin tətiyi qışda da çəkilə bilər – KRİTİK GƏLİŞMƏ

Müharibənin tətiyi qışda da çəkilə bilər – KRİTİK GƏLİŞMƏ

Tarix: 30-11-2017, 12:45 Bölmə :Siyasət Baxış: 416
Müharibənin tətiyi qışda da çəkilə bilər – KRİTİK GƏLİŞMƏ


Səfir qalmaqalında barıt “qoxusu”: Bakının səbri tükənir; Kremlin ən çox ehtiyatlandığı məsələ - Azərbaycan niyə sifət göstərdi? Rusiyanın nüfuzlu nəşri isə işğalçı ölkəni hədələdi: “İki və daha çox “stul”da oturmaq istəyi Ermənistana baha başa gələcək...”

gundemxeber.az musavat.com-a istinadla bildirir ki,Rusiya və Azərbaycan arasında yeni səfirlə bağlı məlum olay, heç şübhəsiz, ilk növbədə Azərbaycanın öz köklü maraqlarını ikitərəfli münasibətlərin fövqündə tutması ilə bağlıdır. Qarşı tərəf Rusiya kimi bir dövlət olsa belə, faktiki, Ermənistanla birgə ərazilərimizin ortaq işğalçısı rolunda çıxış eləsə belə, Azərbaycan da dövlət olaraq prinsipial mövqeyini cəsarətlə ortaya qoya, Rusiya kimi bir gücə “sifət göstərə” bildi. Qarabağ, işğal məsələsinin bizdən ötrü “qırmızı xətt” olduğunu şimal qonşumuzun nəzərinə bir daha çatdırdı. Bu da hamısı deyil.

Yəqin ki, bu jest Moskvanın xoşuna getməyəcək. Ancaq tarixdən bəllidir ki, Rusiya müti tərəfdaşlara hörmət qoymur, geri çəkildikcə onların üzərinə daha çox gedir. Ermənistan timsalında bunu əyani görmək olar. Odur ki, Kreml Bakının təzə səfirlə bağlı sərt davranışından incisə də-inciməsə də, Azərbaycanın mövqeyi təqdirəlayiqdir. Necə deyərlər, hərənin öz milli marağı.

“Qırmızı xətt”ə gəlincə, əslində bununla Azərbaycan incə şəkildə bir daha işarə vurdu ki, Dağlıq Qarabağ ixtilafı ədalətli şəkildə çözülməyincə, Rusiya, nəhayət, əlindəki real rıçaqlardan istifadə edib problemin həllinə ciddi töhfə verməyincə, Ermənistana işğalçı kimi baxmayınca, onunla siyasi-diplomatik münasibətlər yüksək səviyyəyə qalxmayacaq. Yəni baş verənlərdə həm də Azərbaycanın sonsuzadək gözləməyəcəyi mesaj əksini tapıb və o, öncəliklə Kremlə ünvanlıdır.

*****

Rusiyanın yeni səfiri məsələsi ətrafında yaranan gərginlik xarici ekspertlərin də diqqətini çəkib. Ukraynalı blogger, tarix elmləri namizədi Sergey Klimovskinin “Obozrevatel” saytında dərc edilmiş məqaləsi bu xüsusda maraq kəsb edir. Musavat.com-un məlumatına görə, müəllif, belə demək mümkünsə, Azərbaycan və Rusiya arasında yaşanan diplomat qalmaqala bütövlükdə bölgədəki, o sırada postsovet məkanındakı geosiyasi proseslər və həll olunmamış konfliktlər fonunda qiymət verməyə çalışıb.

“Hərbi aspektdə Ukrayna hazırda Moskvanı Suriya və Qarabağdan daha az narahat edir. Suriyada hər şey ümumiyyətlə, plan üzrə getmir. Hətta Soçidə keçirilməsi nəzərdə tutulan Suriya xalqlarının konqresini fevral ayına kimi ertələmək lazım gəlib. Bu da Rusiyadakı prezident seçkisi ərəfəsində daha bir şou. Beləcə, Əsədi nə qədər xilas eləsələr də, məlum olur ki, boşunadır” - müəllif öncə məqaləsinin girişində qeyd edib.

Ukraynalı analitik daha sonra yazır: “Rusiya üçün hazırda Donbasda aşağı intensivlikli atışmalarla status-kvonu saxlamaq, bununla da Qarabağda olduğu kimi vaxt udmaq və dünyanı Azərbaycan ərazilərinin işğalına alışdırdığı kimi, Donbasın da işğalı ilə barışmağa məcbur etmək ən münasib variantdır”. Onun fikrincə, Moskvanın Qarabağ məsələsində necə hərəkət edəcəyini heç kim bilmir.

“Rusiyanın Qarabağda 20 il əvvəl divardan asdığı ”tüfəng" Rusiyadakı seçkilərin yekununu gözləmədən elə bu qışda atəş aça bilər. Ukrayna ordusundan fərqli olaraq, Azərbaycan ordusu üçün böyük şəhərlərə hücum etmək zərurəti yoxdur - Dağlıq Qarabağın və digər işğal edilmiş rayonların əhalisi 150 mindən çox deyil. Bakının böyük həvəsi var ki, “aprel müharibəsi”ni təkrarlasın və mövzunu birdəfəlik qapatsın. Önəmli deyil ki, Ermənistan ordusu və Sərkisyan bu zaman güclü müqavimət göstərə biləcək. Noyabrın 27-də belə informasiya meydana çıxdı ki, Bakı Rusiyanın yeni səfiri qismində Georgi Zuyevin namizədliyini qəbul etməkdən imtina edib - həmin şəxsin açıq-aşkar ermənipərəst mövqe tutmasına görə. Bu, diplomatik münasibətlərin qırılması deyil, amma yetərincə aydın bir işarədir ki, Bakı gözləməkdən artıq bezib", - məqalədə qeyr olunur. Müəllifə görə, Kremlin “vaxt uzatmaq” strategiyası hələlik Ukraynada işləyə bilir, Qarabağda isə artıq işləmir.

*****

Qarabağda müharibə ehtimalı isə gerçəkdən də ilin fəsillərindən asılı olmayaraq gündəmdədir. Hər halda, Azərbaycan milyardlar xərclədiyi bahalı silah-sursatı və müasir döyüş sistemlərini vitrinə qoyub paslatmaq, sonsuzadək işğal rejiminə dözmək niyyətində deyil. Bunu bizim əsas silah tədarükçülərimizdən olan Rusiyada da yaxşı bilirlər.

Yeri gəlmişkən, dünən Azərbaycan prezidenti, Ali Baş Komandan cəbhə bölgəsindəki hərbi hissələrdən birinə baş çəkib. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov prezidentə raport verib. İlham Əliyev hərbi hissənin əsgər yataqxanasında olub, burada şəxsi heyət üçün yaradılmış sosial-məişət şəraiti ilə tanış olub. Ona interaktiv təlim-məşq sistemi barədə də məlumat verilib. Prezident təlim silahlarına baxıb, özü də onların atəş qabiliyyətini yoxlayıb.

Müdafiə naziri və nazirliyin rəhbər heyəti isə bu arada cəbhəyanı bölgədə raket və artilleriya bölmələrinin döyüş hazırlığı səviyyəsini yoxlayıblar. Musavat.com nazirliyin saytına istinadən xəbər verir ki, Azərbaycanın hərb naziri raket və artilleriya qoşunlarının döyüş hazırlığının artması və döyüş vasitələrindən effektli istifadə ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

*****

Səfir qalmaqalı fonunda bütün bunlar bir daha işğalçı Ermənistana ismarışdır ki, sülh və ya müharibə seçimi ən əvvəl onun öz əlindədir: düşmən sülh istəsə, sülh, savaş istəsə, savaş alacaq və zəbt elədiyi əraziləri enində-sonunda silah gücünə olsa da, azad etməli olacaq. Əfsus ki, Ermənistanın kriminal rəhbərliyi kritik seçimin yaxınlaşmasını fərq eləmək əvəzinə, işğal rejimini uzatmaq üçün iki və hətta daha çox “stul”da oturmağa can atır.

Bunu həm də Rusiyanın tanınmış nəşri rosbalt.ru yazır. Musavat.com xəbər verir ki, nəşrin dünənki təhlili məqalələrin birində işğalçı ölkənin Avropa Birliyi (AB) ilə saziş imzalaması ilə bağlı deyilir: “Ermənistan özünə sadiq qalaraq, iki və hətta daha çox ”stul"da oturmağa çalışır. Bu da sövq-təbii, risklidir. Ona görə ki, “balansı saxlamaq” və “oturacaq”lardan birindən və ya üçündən də eyni vaxtda yıxılmaq təhlükəsi var. Bəli, Avropa Birliyi İrəvana “islahatlar və demokratiya” üçün bir az pul ayıracaq. Ancaq Rusiyanın dövlət kapitalı onu bütünlüklə alaraq, respublikaya böyük güzəştlər və imtiyazlar verib. O sırada təbii qazın və satılan silahların qiymətindəki güzəştlər və s. var. Yəni Rusiya kapitalı və nüfuzu fonunda AB solğun görünür".

Məqalədə İrəvana ünvanlı hədələyici fikirlər də yer alıb: “Belə gəlişmələrdən sonra Ermənistan geosiyasi, daxili-siyasi, hərbi-texniki, energetik-iqtisadi və s. anlamda çox şey itirəcək. Ermənistan üçün əsl vaxtıdır ki, ”səmadakı durna" haqda deyil, Dağlıq Qarabağ probleminin real həlli barədə, nəqliyyat blokadasının yumşaldılması və öz məhsullarının heç olmasa, postsovet dövlətlərinin bazarlarına daha geniş miqyasda çıxarmaq haqda düşünsün. Sərkisyan isə “Şərq Tərəfdaşlığı” sammitinin tribunasından Qarabağ və Azərbaycan barəsində “kəskin söz” demək üçün istifadə edir..."

*****

Söz yox ki, Moskva özünün regiondakı satellitinin siyasi “şıltaqlıqlarını” diqqətlə izləyir. Bu şıltaqlıqların ifrat şəkil almasına qarşı Rusiyanın əlində ən güclü kozır isə əlbəttə ki, Qarabağdır...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan-Türkiyə ittifaqı – Ermənistanın qorxulu röyası

    Azərbaycan-Türkiyə ittifaqı – Ermənistanın ...

    4-08-2017, 11:04

  • 
  • “İkinci Qarabağ müharibəsi qaçılmazdır”

    “İkinci Qarabağ müharibəsi qaçılmazdır” ...

    11-08-2017, 11:08

  • 
  • Ermənistan ordusu rusun nəzarətinə keçir – Kremlin yeni Qarabağ planı

    Ermənistan ordusu rusun nəzarətinə keçir – ...

    17-11-2016, 00:59

  • 
  • Putin iki emissar göndərdi: birini İrəvana, birini Qarabağa

    Putin iki emissar göndərdi: birini İrəvana, ...

    30-08-2017, 10:00

  • 
  • “İlham Əliyev "Nabukko”dan imtina edən kimi Putin zəng vurdu” - MÖVQE

    “İlham Əliyev "Nabukko”dan imtina edən kimi ...

    3-07-2013, 17:36


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu