GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “Bakını vurmaq, neft sənayesini məhv etmək... Axmaq adam nə dediyini anlamır” - Ax bu sərsəm, sərsəm, sərsəm Rusiya...

“Bakını vurmaq, neft sənayesini məhv etmək... Axmaq adam nə dediyini anlamır” - Ax bu sərsəm, sərsəm, sərsəm Rusiya...

Tarix: 31-03-2022, 11:43 Bölmə :Siyasət Baxış: 257


Martın 28-də Rusiyanın “Rossiya 1” kanalında yayımlanan “60 dəqiqə” verilişində ölkəmizə qarşı təhdidlər səsləndirilib. Rusiya-Ukrayna müharibəsinin şərh olunduğu proqramda mövzu birdən-birə Qarabağda baş verən son hadisələrə yönəlib. Belə ki, Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyaqin Azərbaycanı “proksi dövlət” adlandırıb. Ölkəmiz Qarabağda atəşkəsi pozmaqda, Üçtərəfli Birgə Bəyanatın müddəalarına riayət etməməkdə günahlandırılıb. Dumanın ermənipərəst fraksiyası “Ədalətli Rusiya”nın üzvü olan Delyaqin bir az da irəli gedərək, Azərbaycanı Rusiya üçün real təhlükə adlandırıb.

“Azərbaycan həqiqətən atəşkəsi pozub. Bizimkilər bildirdilər ki, Azərbaycan tutduğu mövqelərdən geri çəkilib. Lakin Azərbaycan rəsmən elan etdi ki, heç yerə çəkilməyiblər. Baxın, ABŞ-ın sattelitləri, indiki halda Türkiyə tərəfindən həyata keçirilən aqressiya və “Türkiyənin proksisi” - hansı ki, biz dövlət adlandırırıq (Azərbaycanı nəzərdə tutur - red.) - bu gün real təhlükədir. Əgər biz buna görə Azərbaycanı birmənalı şəkildə sərt cəzalandırmasaq... Bizə Azərbaycanın neft-qaz sənayesi niyə lazımdır? Lazım deyil. Əgər insanlar söz başa düşmürsə, onda konkret əməllə başa salmaq lazımdır. Əgər bunu etməsək, o zaman biz olmayacağıq, başa düşürsünüz?! İndi məsələ ancaq bu cür qoyulmalıdır”, - deyə deputat vurğulayıb.

Delyaqinin Azərbaycana qarşı məkrli açıqlaması “Rossiya 1” kanalı ilə yekunlaşmayıb. “Birinci Kanal”da Delyaqin bu dəfə Rusiyanın Azərbaycanın neft sənayesini məhv edə biləcəyi ilə hədələyib: “Rusiya iqtisadiyyatından asılı olan Azərbaycan biznesi bir gün içində partlaya bilər. Azərbaycanın neft sənayesi ərazi olaraq çox güclü lokallaşdırılıb və 15 dəqiqə ərzində mövcudluğunu itirə bilər. Ona görə ki, proksi başqa cür başa düşmür. Müstəqil dövlət başa düşərdi, proksi isə yox. Proks”nin bunu sərbəst başa düşmək funksiyası yoxdur. Müasir dünyada başqa cür danışmaq daha mümkün deyil”.

Daha bir məqam ondan ibarətdir ki, Delyaqin bəyanatları ilə kifayətlənməyərək, "Telegram" kanalında Azərbaycanın neft sənayesinə nüvə silahı ilə zərbələr endirmək çağırışı ilə bağlı sorğu da keçirir. Doğrudur, sorğuda iştirak edənlərin əksəriyyəti Azərbaycana nüvə zərbəsi endirilməsini yolverilməz hesab edir. Amma bu fikrin ortaya atılması, belə bir sorğunun keçirilməsi absurd sayılır.

Delyaqinin sözügedən bəyanatları elə Rusiya rəsmiləri və analitikləri tərəfindən də absurd sayılıb. Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Dövlət Dumasının deputatının açıqlamasını "şəxsi emosiyaların məhsulu" sayıb: "Biz bu emosiyaları cilovlamağa və belə bəyanatlardan çəkinməyə çağırırıq. Xüsusən də bizim tərəfdaşlarımıza münasibətdə. Azərbaycan Rusiya üçün tərəfdaş dövlətlər kateqoriyasına aiddir”.

Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova isə bildirib ki, Delyaqinin Azərbaycan və Qarabağla bağlı açıqlaması rəsmi Moskvanın mövqeyinə uyğun deyil: “Biz bu cür açıqlamaları yolverilməz və məsuliyyətsiz hesab edirik”.

Delyaqinin bəyanatını Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov da şərh edib. Diplomat vurğulayıb ki, deputatın sözləri Rusiyanın rəsmi mövqeyini ifadə etmir.

Rusiyanın Siyasi Araşdırmalar Mərkəzinin direktoru, politoloq Sergey Markov isə deputatın Azərbaycanı bombalamaqla bağlı bəyanatına daha sərt reaksiya verib. Analitik deyib ki, Delyaqinin bəyanatları Kremlin siyasətinə birbaşa ziddir: “Dövlət Dumasının deputatı Mixail Delyaqinin Rusiyanın Azərbaycanın neft infrastrukturuna zərbələr endirməsi ehtimalı ilə bağlı bəyanatı Rusiya rəhbərliyinin siyasətinə tamamilə ziddir. Bu bəyanatlar məsuliyyətsizlikdir və Rusiyanın maraqlarına əksdir”.

Bu arada, Azərbaycan Baş Prokurorluğu Delyaqini beynəlxalq axtarışa verib. Bu barədə Baş Prokurorluqdan daxil olan məlumatda bildirilib. Delyaqinin İnterpol xətti ilə axtarışa verilməsinə səbəb olaraq Azərbaycana qarşı təxribat xarakterli çağırışları göstərilib.

"Delyaqinin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 101.2 (təcavüzkar müharibəni başlamağa açıq çağırışlar), 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədilməklə hədələdikdə), 283.2.1 və 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrinin tərkib əlamətləri olduğundan, 29 mart 2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən həmin maddələrlə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub. İttiham üçün əsas verən kifayət qədər sübutlar toplandığından, 29 mart 2022-ci il tarixdə Mixayıl Delyaqin Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə İnterpol vasitəsilə beynəlxalq axtarışa elan edilib", - deyə məlumatda vurğulanır.

Baş Prokurorluq həmçinin qeyd edir ki, bir sıra tərəfdaş dövlətlərin səlahiyyətli orqanlarına təqsirləndirilən şəxsin həmin ölkələrin ərazisinə daxil olduqda dərhal tutularaq istintaqa cəlb edilməsi üçün Azərbaycan Respublikasına verilməsinin təmin edilməsi məqsədilə müraciətlər göndərilib: "Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir. Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edir ki, ölkəmizin milli mənafeyi, təhlükəsizliyi və ərazi bütövlüyü əleyhinə yönələn istənilən təxribat xarakterli fəaliyyətlə bağlı qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin olunacaq". Dia.az-ın məlumatına görə, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas AYNA-ya açıqlamasında deyib ki, Rusiyadakı ayrı-ayrı siyasətçilər, deputatlar tərəfindən zaman-zaman ölkəmiz əleyhinə bəyanatlar səsləndirilib: "Bu dəfə də Delyaqin həddini aşan bəyanatlar verib. Bakını vurmaq, neft sənayesini məhv etmək, nüvə silahı atmaq... Axmaq adamdır, görünür, nə dediyini başa düşmür. Rusiyada ermənipərəstlər çoxdur, Delyaqin də onlardan biridir. Yəqin ki, erməni himayədarları ona belə sərsəm, məsuliyyətsiz bəyanatlar səsləndirmək göstərişi veriblər. O da, bəyanatları səsləndirib".

"Unutmasınlar, Azərbaycan həmin Azərbaycan deyil. Azərbaycanın qüdrətli ordusu var - hansı ki, Delyaqin də, digər ermənipərəstlər də bunu 44 günlük Vətən müharibəsində gördülər. Azərbaycana "xox" gəlməklə deyil ki!", - deyə deputat bildirib.

Deputat qeyd edib ki, Azərbaycanın hərbi gücü ilə yanaşı, qüdrətli iqtisadiyyatı var: "Bizim öz ərazilərimizi işğaldan azad etməyə də, ərazilərimizi qorumağa da gücümüz var. Hansısa erməni, hansısa rus deputat, siyasətçi barmaq silkələməmişdən qabaq yaxşı-yaxşı düşünsün. Biz onların məsuliyyətsiz bəyanatlarını çox görmüşük. Birinci Qarabağ müharibəsində ermənilərə hansı yardımları etdiklərini də bilirik, İkinci Qarabağ müharibəsində də onun kimi. Yardımlarla yanaşı, hansı bəyanatlar verdiklərini də görmüşük. Bir sözlə, boş-boş danışıqlarına öyrəşmişik”.

Amma öz işimizi görürük, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə, Ali Baş Komandanlığı ilə lazım olan addımlarımız atılır. Rusiya rəhbərliyi də zəhmət çəksin, sərsəm bəyanat verən şəxslərini başa salsın. Dövlət Dumasının rəhbərliyi, Kreml, aidiyyəti strukturlar Delyaqinə anlatsınlar ki, onun məsuliyyətsiz bəyanatı Rusiyanın özünün siyasətinə qarşıdır və belə bəyanat verənləri cəzalandırsınlar”, - deyə A.Abbas vurğulayıb.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin daha bir üzvü Arzu Nağıyev AYNA-ya şərhində son zamanlar Rusiya tərəfindən qeyri-adekvat bəyanatların səslənməsini təəssüf doğurduğunu söyləyib: "Delyaqin kimi səriştəsiz şəxslərin bu cür bəyanatlarda iştirakı Rusiya Cinayət Məcəlləsinin müvafiq maddələrinə də ziddir. Delyaqinin belə çıxışına mütləq şəkildə bir reaksiya olmalıdır”.

“Rusiya Prezidentinin mətbuat katibi, Rusiya Xarici İşlər Nazirliyi də Delyaqinə etiraz etdi. Azərbaycan Baş Prokurorluğu artıq onu beynəlxalq axtarışa verib. Azərbaycan ictimaiyyəti də onun bəyanatlarından hiddətlənib. Milli və irqi ayrı-seçkilik salmaq deputatlara yaraşmayan hərəkətlərdir. Delyaqin də rupor kimi Rusiya kanallarından istifadə edir”, - deyə deputat fikrini tamamlayıb.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Lavrovdan SƏRSƏM AÇIQLAMA - Rusiya Azərbaycanın Qarabağına qoşun yeritmək istəyir?

    Lavrovdan SƏRSƏM AÇIQLAMA - Rusiya Azərbaycanın ...

    14-10-2020, 14:30

  • 
  • Jirinovski: “Rusiya olmasaydı, Qarabağda ermənilər artıq yox idi”

    Jirinovski: “Rusiya olmasaydı, Qarabağda ...

    26-07-2018, 14:18

  • 
  • Vəhabi ilahiyyatçıdan sərsəm çağırış

    Vəhabi ilahiyyatçıdan sərsəm çağırış ...

    9-03-2015, 22:19

  • 
  • Rusiya AŞPA-nı boykot etdi

    Rusiya AŞPA-nı boykot etdi ...

    16-01-2016, 12:25

  • 
  • Paşinyan: Rusiya Qarabağda müharibəyə imkan verməyəcək

    Paşinyan: Rusiya Qarabağda müharibəyə imkan ...

    20-07-2018, 16:25


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu