GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Rusiyaya qarşı yeni "defolt planı" işə salındı: Ukrayna savaşının taleyini G7 həll edəcək

Rusiyaya qarşı yeni "defolt planı" işə salındı: Ukrayna savaşının taleyini G7 həll edəcək

Tarix: 27-06-2022, 09:45 Bölmə :Siyasət Baxış: 233

Böyük Britaniya Ukraynaya arxa çevirməyə hazırlaşan dövlətləri, Rusiya ilə daha dağıdıcı gələcək savaşda müdafiəsiz qala biləcəkləri ilə hədələyir... ABŞ isə rəsmi Kiyevə hərbi dəstək verən ölkələrin, əslində, bunu Ukraynanı deyil, ilk növbədə özlərini fəlakətdən qorumaq üçün etdiklərini vurğulayır...

Dünyada hazırda əsas gündəm mövzusu maliyyə-iqtisadi böhranın dərinləşməsi ilə birbaşa bağlıdır. Ukrayna savaşı dünya iqtisadiyyatına sarsıdıcı zərbələr vurmaqda davam edir. Və bu prosesin hələ uzun müddət dünya iqtisadiyyatını çökdürməkdə davam edə biləcəyi ehtimal olunur.

Onu da qeyd etmək lazımdır ki, Qərb iqtisadi təhlil mərkəzləri indiki situasiyada daha çox Rusiyanın savaş itkilərini hesablamağa üstünlük verirlər. Ukrayna savaşı ətrafında yaranmış vəziyyət paralel olaraq, Avropa iqtisadi məkanını da böhrana sürükləsə də, Rusiyanın mövcud durumu Qərb siyasi-iqtisadi dairələrini daha çox məşğul edir. Və bunun bəzi önəmli səbəbəri də olmamış deyil.

Məsələ ondadır ki, Qərb siyasi-iqtisadi dairələri Rusiyanın mümkün qədər tez bir zamanda öz daxili resurslarını sərf etməsinə dünya iqtisadiyyatı üçün "xilas pəncərəsi" kimi yanaşırlar. Hesab edirlər ki, Rusiya nə qədər tez bir zamanda beynəlxalq sanksiyalar qarşısında əlacsız duruma düşərsə, Kremlə Qərbin şərtlərini diktə etmək bir o qədər asan olar. Nəticədə, Kremlin ram edilməsindən sonra nəhayət ki, dünya iqtisadiyyatını təhdid edən bəzi sanksiyaları ləğv etməklə, vəziyyəti nəzarət altına alıb, düzəltmək mümkün ola bilər.

188883e8-f122-4fb2-81a9-91b8411fede4.jpg (110 KB)

Ancaq hələlik Qərb siyasi-iqtisadi dairələrinin ehtimalları o qədər də özünü doğrultmur. Hər halda, beynəlxalq sanksiyalar üzərindən Rusiyanın maliyyə-iqtisadi cəhətdən diz çökdürülməsi prosesi uzanır. Rusiya bir neçə aydır ki, öz daxili ehtiyat resursları hesabına beynəlxalq sanksiyaların təsirlərinə tab gətirə bilir. Bəzi ehtimallara görə, Kremlin hələ bir neçə ay da sanksiyalara tab gətirmək və beynəlxalq koalisiyanın təzyiqlərinə müqavimət göstərmək imkanları mövcuddur.

Əlbəttə ki, bu, ABŞ və Qərb üçün o qədər məmnunedici ehtimallar deyil. Çünki, ABŞ və Qərb Rusiyaya qarşı sanksiyaların sarsıdıcı əks zərbələrinə dünya iqtisadiyyatının, xüsusilə də, Avropa ölkələrinin tab gətirə biləcəyinə qətiyyən əmin deyil. Belə ki, Rusiya avtoritar administrativ metodlarla ölkədaxili ictimai dalğalanma təhlükəsindən yayına bilsə də, eyni fikirləri Avropa məkanı üçün iddia etmək olduqca çətindir.

Çünki, rahat və yüksək həyat standartlarına vərdişli Avropa Birliyi ölkələrinin vətəndaşları mövcud situasiyanın tələblərini qəbul etməyə qətiyyən hazır və həvəsli deyil. Bu baxımdan, Avropa məkanında əhalinin kütləvi etiraz aksiyaları ilə hökumətlərə təzyiq göstərməsi o qədər də gözlənilməz deyil.

Ona görə də, Avropa Birliyi ölkələri, xüsusi də, Qərbi Avropa dövlətləri - Almaniya, Fransa və İtaliya Ukrayna savaşının dərhal sona çatdırılmasında maraqlı olduqlarını qətiyyən gizlətmirlər. Hətta bu istiqamətdə fəaliyyət göstərərək, Rusiyanın hərbi-siyasi maraqları çərçivəsində sülh prosesi üçün lobbiçilik belə, edirlər. Və bu, Rusiyanın tamamilə çökdürülməsini əsas hədəf kimi qəbul edən dövlətləri, xüsusilə də, ABŞ-Böyük Britaniya cütlüyünü ciddi şəkildə narahat edir.

baydenconson.jpg (74 KB)

Böyük Britaniyanın baş naziri Boris Conson bəyan edib ki, hazırda Ukraynadan imtina edib, rəsmi Kiyevi Rusiya ilə savaşda təkbaşına buraxmaq zamanı deyil. Təklənmiş Ukraynanın məğlubiyyəti bütün dünyanı, əsasən də Avropanı ciddi hərbi-siyasi təhdidlər qarşısında müdafiəsiz buraxa bilər: "Ukrayna hazırda qətiyyətli dəstəyə ehtiyac duyur. Ona görə də, Avropa ölkələri, eləcə də, dünya iqtisadiyyatının nəhəngləri - G7 dövlətləri Ukraynaya dəstək məsələsində bir an belə, tərəddüd etməməlidirlər".

Baş nazir Boris Conson Böyük Britaniyanın bundan sonra da Ukraynaya dəstəyini davam etdirəcəyinə tam təminat verib. Onun sözlərinə görə, Ukraynaya verilən dəstək Böyük Britaniyanın gələcək taleyi baxımından da böyük önəm daşıyır: "Böyük Britaniya Ukraynanın hər addımını dəstəkləyəcək. Çünki anlayırıq ki, Ukraynanın təhlükəsizliyi bizim təhlükəsizliyimiz, azadlığı isə yenə də bizim azadlığımızdır".

Böyük Britaniya baş naziri Boris Consonun mövqeyini ABŞ prezidenti Co Bayden də eynilə dəstəkləyir. Ağ Ev sahibi hesab edir ki, Ukraynanı müdafiə edən ölkələr əslində, ilk növbədə məhz özlərini gələcək hərbi-siyasi təhdidlərdən sığortalamağa cəhd etmiş olur. Prezident Co Bayden Almaniya kansleri Olaf Şolts ilə görüşdə ona rəsmi Berlinin anlaşılmaz tərəddüdlü davranışları ilə bağlı üstüörtülü şəkildə irad da bildirib.

O, bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna savaşına başlamaqla, Qərb ölkələri arasında strateji parçalanmaya nail olmaq məqsədi güdürdü: "Putin NATO-nu parçalayıb, dağıtmaq istəyirdi. Eyni zamanda, dövlətlərin arasında ziddiyyətləri planlaşdırmaqla, Qərb alyansını da çökdürə biləcəyinə ümid bəsləyirdi. Ancaq bütün bunların baş vermədiyinə görə sevinmək lazımdır".

17382e58-92d3-4c53-b8dc-b90c7493865a.jpg (237 KB)

Təbii ki, ABŞ və Böyük Britaniya liderlərinin Rusiyaya qarşı bu arqumentlərini yaxın günlərdə keçiriləcək G7 zirvəsinə daşıyacaqları da qətiyyən şübhə doğurmur. Həm prezident Co Bayden, həm də baş nazir Boris Consonun G7 ölkələrini Ukraynaya Rusiya üzərində həlledici hərbi üstünlük qazandıracaq dəstəyin verilməsinə təşviq edəcəyi gözlənilir. Və bunun qətiyyən təsirsiz ötüşməyəcəyini düşünmək üçün də kifayət qədər əsaslar olmamış deyil.

Hətta bəzi məlumatlara görə, G7 zirvə toplantısından sonra Ukraynaya müasir hərbi texnika tədarükünün sürətlənəcəyi istisna edilmir. İddia olunur ki, Qərb ölkələri Ukraynaya vəd etdikləri müasir silahların göndərilməsinə başlayacaqlar. Və bu halda, Rusiyanın Ukrayna savaşında hələlik sahib olduğu nisbi hərbi üstünlüyü tamamilə itirə biləcəyi vurğulanır.

Onu da qeyd etmək lazımdır ki, Ukraynaya hərbi yardıma paralel olaraq, Rusiyaya qarşı yeni maliyyə-iqtisadi sanksiyaların hazırlandığı barədə də məlumatlar mövcuddur. Üstəlik, artıq işə salınmış bəzi sanksiyaların daha da sərtləşdiriləcəyi gözlənilir. Əsas məqsədin isə Rusiyanın daxili resurslarını daha sürətlə tükətməsi, sanksiyalara müqavimət göstərmək imkanlarından məhrum edilməsi olduğu vurğulanır.

Maraqlıdır ki, Rusiyanın defolt elan edilməsinə də ciddi hazırlığın olduğu bildirilir. İddialara görə, ABŞ və Qərb bu məqsədlə xüsusi planın işə salınmasına çalışır. Əgər, bu plan baş tutarsa, Rusiyanın güzəşt müddəti sona çatdırılacaq və dövlət aktivləri üçün ödənişlərin reallaşdırılması prosesi bloklanacaq. Kreml dövlət aktivləri üzrə bütün borclarını ödəməyə hazır olsa da, ABŞ və Qərb süni əngəllər ilə Rusiyanın defolt dövlət elan olunması üçün əlindən gələn hər şeyi edir./musavat.com/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ Ukraynanı Rusiya ilə hədələyir

    ABŞ Ukraynanı Rusiya ilə hədələyir ...

    22-09-2016, 13:19

  • 
  • Rəsmi Bakının seçimi Qərb-Rusiya savaşının nəticəsindən birbaşa asılıdır

    Rəsmi Bakının seçimi Qərb-Rusiya savaşının ...

    9-12-2013, 08:12

  • 
  • Ukrayna Avropa ilə İşbirliyində Son Qərarı Verir

    Ukrayna Avropa ilə İşbirliyində Son Qərarı Verir ...

    14-11-2013, 11:34

  • 
  • “Rusiya dünya düzənini pozmaqla məşğuldur”

    “Rusiya dünya düzənini pozmaqla məşğuldur” ...

    5-02-2015, 00:40

  • 
  • ƏLI KƏRIMLI YAZDI – UKRAYNA ORDUSU VƏ XALQI VURUŞACAQ

    ƏLI KƏRIMLI YAZDI – UKRAYNA ORDUSU VƏ XALQI ...

    2-03-2014, 18:03


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu