Gundemxeber.az » İdman » İslandiya millisinin baş məşqçisi: "Azərbaycanla oyun mənim üçün xüsusi an olacaq"
"Azərbaycanla ev oyununda qələbə qazanmaq olduqca vacibdir".
İslandiya yığmasının baş məşqçisi Arnar Qunnlauqsson DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək oyun haqqında danışıb:
"Azərbaycanla oyun mənim üçün xüsusi an olacaq. Bu, "Laugardalsvöllur" stadionunda ilk matçımdır. Mənim və ailəm üçün çox böyük hadisədir. Bu stadion indi dünya səviyyəsinə uyğundur. Azərbaycanla ev oyununda qələbə qazanmaq olduqca vacibdir. Kağız üzərində Azərbaycan qrupun ən zəif komandası göstərilə bilər. Ancaq hər şeyə meydanda aydınlıq gəlir. Fransa ilə görüşdə stadionun dolacağını bilirəm. Amma Azərbaycana qarşı da azarkeşlərin dəstəyi bizim üçün əvəzsiz olar. Gəlin, dünya çempionatına vəsiqə qazanmağa birgə çalışaq".
Qeyd edək ki, İslandiya millisi sentyabrın 5-də Reykyavikdə Azərbaycanla, dörd gün sonra isə Parisdə Fransa ilə qarşılaşacaq./oxu.az
12-10-2020, 10:47
31-03-2017, 11:14
25-08-2018, 20:44
20-11-2019, 12:56
3-10-2013, 11:39
Sorğu
Yeni dizaynımız necədir?