"Şin Feyn" partiyasının sədri Cerri Adamsı Cin MakKonvil cinayəti ilə əlaqədar həbs ediblər
Böyük Britaniya parlamentində təmsil olunan Şin Feyn partiyasının sədri Cerri Adams həbs olunub. Siyasi lideri 1970-ci ildə İRA partiyası tərəfindən törədilmiş Cin MakKonvil cinayəti ilə əlaqədar həbs ediblər. İddialara görə, cinayət qurbanı İRA partiyasının sirlərini təhlükəsizlik xidmətinə bildirməklə casus fəaliyyəti ilə məşğul olurmuş. Həmin dövrdə Cerri Adams İRA partiyasının hərbi lideri olub. "AP" xəbər agentliyinin verdiyi məlumata görə, Adams ötən gün özü polisə gələrək təslim olub. Lakin Adams ona qarşı yürüdülən çirkin kampaniyaya son qoymaq məqsədilə belə bir addım atdığını qeyd edib. Adamsın həbsi, ekspertlərin sözlərinə görə, Britaniyada keçiriləcək regional seçkilər və Avropa seçkiləri öncəsində siyasi xarakter daşıyır. Britaniyanın baş naziri Deyvid Kameron isə bu iddiaları rədd edib. İRA partiyası 1970-1997-ci illərdə 1800-ə yaxın britaniyalı əsgəri öldürüb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?