RT kanalının çəkiliş qrupu Suriyanın azad edilmiş Al-Mayadin şəhərinin sakinləri ilə danışıb.
Şəhər Rusiya hərbçilərinin dəstəyilə Suriya ordusu tərəfindən rekord müddətə azad edilib. Sakinlərin çıxışlarına görə, İŞİD terrorçuları onların evlərini yağmalayır, qadınları özləri ilə aparır, uşaqları döyür və ələ keçən kişilərə işgəncələr verirdilər. Yerli sakinlər artıq demək olar ki, 10 gündür ekstremist qruplaşma tərəfindən döyülməkdən, alçaldılmaqdan qorxmadan yaşayırlar. Onlar gördüyü, yaşadığı cəhənnəm əzabı haqda RT çəkiliş qrupuna danışıblar. "Terrorçular bütün dövlət mülkiyyətini ələ keçirmişdilər. Mən dövlət qulluqçusuyam, onlar mənim də evimi tutmuşdular. Bizim qonaq otağımızı qərargaha çevirmişdilər və ora qadınları doldurmuşdular, onları girov kimi saxlayırdılar”, - yerli sakin qeyd edir. Daha sonra sakin bildirib ki, əsir qadınlar arasında yalnız yerli sakinlər deyildi, həm də başqa məntəqələrdən tutulan qızlar da var idi: "Onları oğurlayır və özlərinə arvad edirlər". Zorakılıq balaca uşaqların gözləri qarşısında baş verirdi. Oğlanlardan biri kanala bildirir ki, müdaxilə edə bilməsinlər deyə, terrorçular onları qəfəsə salır, gözləri önündə qadınları alçaldırdılar./publika.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?