GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Sərkisyana “gəzəyən qadın” ittihamının pərdəarxası

Sərkisyana “gəzəyən qadın” ittihamının pərdəarxası

Tarix: 18-12-2017, 14:12 Bölmə :Dünya Baxış: 340
Sərkisyana “gəzəyən qadın” ittihamının pərdəarxası


Ermənistanın daxilində ciddi mübarizələr gedir və bu hakimiyyət mübarizəsində ruspərəst qüvvələr üstünlük qazanmağa çalışırlar. Onlar buna nail olacaqlar.

Rubrika.az axar.az-a istinadla bildirir ki, bu sözləri açıqlamasında politoloq Qabil Hüseynli 2018-ci ildə Ermənistanda keçiriləcək prezident seçkilərinin nəticələrinin necə olacağı ilə bağlı danışarkən deyib. O bildirib ki, Ermənistanda vəziyyətin gərginləşəcəyini proqnozlaşdırmaq mümkündür:

“Çünki 2018-ci ilin martında Ermənistanda prezident seçkiləri keçiriləcək və Sərkisyan prezident postundan gedəcək. Sərkisyan hələ də ölkəni parlamentar üsul-idarəsinə keçirməklə planlarını gerçəkləşdirəcəyini düşünür. Çünki Ermənistanda icraedici hakimiyyət artıq prezident deyil, baş nazir olacaq. Ancaq indiki Baş nazir Karen Karapetyan öz mövqeyini Sərkisyana təhvil vermək fikrində deyil. Ona görə ki, o, Moskvanın adamıdır və Moskvanın təzyiqi ilə bu posta gətirilib”.

Politoloq qeyd edib ki, son zamanlar Sərkisyanın Avropa Birliyi ilə ikili tərəfdaşlıq proqramına imza atması Moskvada qəzəblə qarşılanıb:

“Moskva televiziyaları onu “gəzəyən qadın” kimi təqdim edərək, çox pis şəkildə təhqir edib. Televiziyalar bu yöndə debatı ən azı iki-üç gün davam etdirib. Moskvanın özü də bəzi məsələlərdə Ermənistana təzyiq göstərmək istəyib. Bu günlərdə Rusiya sərhədçilərinin sayının Ermənistanda ixtisar ediləcəyi barədə qeyri-rəsmi xəbərlər yayılır. Nəzərə almalıyıq ki, Rusiya hərbə ayrılan dövlət büdcəsini hiss ediləcək dərəcədə azaldıb. Təbii ki, bu, xaricdə saxlanılan qoşunlar üçün ayrılan büdcəyə də aiddir. Ona görə də indiyə qədər Ermənistan sərhəd xidmətlərini rus hərbi qüvvələri qoruyurdusa, bundan sonra müəyyən dəyişikliklərin olacağı istisna deyil. Mümkündür ki, rus sərhədçilərin Ermənistanda qalmasının maddi yükünün İrəvanın daşımalı olduğu barədə məsələ də aktuallaşsın. Bu isə İrəvan üçün çox böyük vəsait və yenidənqurma işlərinin aparılması deməkdir. Rus sərhədçilərin artıq Ermənistan-Türkitə sərhədində qurduqları istehkam qüllələrini və digər qurğuları sökdükləri barədə məlumat da təsdiqlənib. Doğrudur, rəsmi açıqlamada müşahidə qüllələrinin modernizasiya üçün söküldüyü və yenilərinin qurulacağı qeyd edilib. Ancaq erməni mediasının bunu rus sərhədçilərin ölkədən çıxması kimi təqdim etməsi əsassız deyil. Bu, Rusiya-Ermənistan münasibətlərinin hazırkı səviyyəsi və Rusiyanın təzyiqi kimi də qəbul edilə bilər”.

Qabil Hüseynli vurğulayıb ki, Sərkisyanın baş nazir postuna gəlmək yolları bağlanır:

“Karapetyan bir neçə gün bundan əvvəl Dağlıq Qarabağa səfər etdi, bir sıra nümayişkaranə tədbirlər həyata keçirdi. Karapetyanın işğal altında olan Qarabağdakı erməni qoşunlarının komandanlığı ilə böyük müşavirə keçirməsi təsadüfü deyildi”./axar.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sərkisyan Sərkisyana dedi: “Kişisənsə verdiyin vədi yerinə yetir...”

    Sərkisyan Sərkisyana dedi: “Kişisənsə verdiyin ...

    9-09-2017, 17:39

  • 
  • Karapetyanın Qarabağda “nar bağı” ideyasının pərdəarxası

    Karapetyanın Qarabağda “nar bağı” ideyasının ...

    30-08-2017, 11:57

  • 
  • Sərkisyanın məkrli 2018 hədəfi – Bakı üçün Qarabağ fürsəti

    Sərkisyanın məkrli 2018 hədəfi – Bakı üçün ...

    31-08-2017, 11:14

  • 
  • Sərkisyanın Putinə qarşı növbəti demarşı: Səbəblər…

    Sərkisyanın Putinə qarşı növbəti demarşı: ...

    30-08-2017, 14:07

  • 
  • Azərbaycan üçün əsas gözlənti - Ermənistanda baş nazirlik uğrunda savaş qızışır

    Azərbaycan üçün əsas gözlənti - Ermənistanda baş ...

    26-06-2017, 18:30


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (400)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu