GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Putin hərbi əməliyyat elan edib, Ukraynada partlayışlar eşidilib

Putin hərbi əməliyyat elan edib, Ukraynada partlayışlar eşidilib

Tarix: 24-02-2022, 15:58 Bölmə :Dünya Baxış: 168


BMT Təhlükəsizlik Şurası müharibənin qarşısını almaq məqsədilə gecə saatlarında fövqəladə iclas keçirərkən, Rusiya prezidenti Vladimir Putin cümə axşamı səhəri Ukraynanın şərqində hərbi əməliyyata başladığını elan edib. O, Ukraynadan gələn təhdidlərə cavab olaraq hərəkət etdiyini bildirib və digər ölkələrə müdaxilə etməmələri barədə xəbərdarlıq edib.

Putin televiziya müraciətində əlavə edib ki, Rusiyanın Donbas bölgəsindəki hərəkətinə qarşı çıxanlar “heç vaxt görmədikləri nəticələrlə” üzləşəcəklər.

Təxminən eyni vaxtda Ukraynanın paytaxtı Kyivdə şəhər mərkəzindən uzaqda bir neçə partlayış səsi eşidilib. Rəsmilər Amerikanın Səsinə bildiriblər ki, Kyivdəki iki hava limanı pilotsuz təyyarələrin hücumu zamanı hədəfə alınıb və eşidilən partlayışlardan bəziləri Ukrayna qüvvələrinin pilotsuz təyyarələrə raket atması olub. Bir rəsmi bildirib ki, Rusiya, böyük ehtimalla, sonrakı hava hücumlarına yol açmaq üçün havadan müdafiə sistemlərini hədəfə alır.

ABŞ prezidenti Co Bayden verdiyi açıqlamada Ukrayna xalqının “Rusiya hərbi qüvvələrinin səbəbsiz və əsassız hücumundan” əziyyət çəkdiyini bildirib.

"Prezident Putin əvvəlcədən düşünülmüş fəlakətli insan itkisi və insan iztirablarına gətirib çıxaracaq müharibə yolunu seçdi", deyə Bayden bildirib. “Bu hücumun gətirəcəyi ölüm və dağıntılara görə yalnız Rusiya məsuliyyət daşıyır və ABŞ, onun müttəfiqləri və tərəfdaşları vahid və qəti şəkildə cavab verəcəklər. Dünya Rusiyanı məsuliyyətə cəlb edəcək”.

Bayden deyib ki, cümə axşamı səhər G-7 liderləri ilə danışdıqdan sonra "ABŞ, müttəfiqlərimiz və tərəfdaşlarımız Ukraynaya və qlobal sülh və təhlükəsizliyə qarşı bu lazımsız təcavüz aktının Rusiyaya tətbiq edəcəyi gələcək nəticələri" açıqlayacaq.

Birləşmiş Ştatlar və Ukraynanın digər Qərb müttəfiqləri bu həftənin əvvəlində Rusiya rəsmilərinə və ölkənin maliyyə sisteminə qarşı bir sıra sanksiyalar tətbiq edib və Rusiyanın Ukraynadakı gələcək fəaliyyətinin daha sərt tədbirlərə səbəb olacağı barədə xəbərdarlıq edərək, Rusiya qaz kəməri layihəsini dayandırıb.

Çərşənbə günü Putinin növbəti təcavüzünü dayandırmaq üçün təcili olaraq əlavə sanksiyalara ehtiyac olduğunu deyən Ukraynanın xarici işlər naziri Dmitri Kuleba cümə axşamı tvitində Rusiya liderinin “Ukraynaya genişmiqyaslı işğala” başladığını bildirib.

Putinin bu çıxışı BMT-nin baş katibi Antonio Quterreşin BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası zamanı Putindən münaqişədən qaçmasını istəməsindən qısa müddət sonraya təsadüf edib.

“Bu gecə ürəyimdən bircə sözüm var: Prezident Putin, qoşunlarınızın Ukraynaya hücumunu dayandırın. Sülhə bir şans verin. Artıq yetərincə çox insan ölüb”, - Quterreş bildirib.

Ukraynanın nümayəndəsi Şuraya deyib ki, Rusiya müharibəyə başladığı üçün deeskalasiya haqqında danışmaq üçün artıq çox gecdir.

"Müharibə cinayətkarları üçün təmizlik yeri yoxdur, onlar birbaşa cəhənnəmə gedirlər", - deyə Sergiy Kyslytsya bildirib.

Rusiya cavab verib ki, Moskva Ukrayna xalqına deyil, “Kiyevdə hakimiyyətdə olan xuntaya” hücum edir.

Çərşənbə günü daha bir genişmiqyaslı kiberhücum Ukrayna hökumətinin saytlarını vurub. Pentaqon Rusiya qüvvələrinin Ukrayna sərhədlərinə yaxınlaşdığını və "hərbi əməliyyatlar keçirməyə" hazır olduqlarını bildirib.

Pentaqonun mətbuat katibi Con Kirbi çərşənbə günü jurnalistlərə deyib: "Biz inanırıq ki, onlar hazırdırlar".

Kirbi bildirib ki, Pentaqon "Rusiya daha çox hərbi qüvvələrinin Ukraynanın Donetsk və Luqansk bölgələrinə daxil olduğuna" inanır, lakin o, bu iki bölgəyə yeridilən rus qoşunlarının sayı ilə bağlı konkret məlumatları təsdiqləməyəcək.

Amerikanın Səsi Donbasda əlavə rus hərbçilərinin olub-olmamasını müstəqil şəkildə təsdiqləməyib.

Kremlin sözçüsü Dmitri Peskov Rusiya dövlət mediasına bildirib ki, öz müstəqilliyini elan etmiş Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasının rəhbərləri çərşənbə günü Putindən Ukrayna silahlı qüvvələri ilə döyüş üçün kömək istəyiblər.

Kirbi son kiberhücumları Rusiyaya aid etməyib, sadəcə olaraq kiberməkandakı pozuntuların “Rus oyun kitabına aid olduğunu” söyləyib. Kiyev kiberhücumlara görə Moskvanı günahlandırsa da, Rusiya hər hansı əlaqəni inkar edir.

Yüksək səviyyəli müdafiə rəsmisi çərşənbə günü jurnalistlərə bildirib ki, Ukraynanı əhatə edən 150,000-dən çox rus əsgərinin 80%-i Qara dənizdə 10-dan çox desant gəmisindəki qoşunlar da daxil olmaqla, “irəli mövqelərdə” getməyə hazırdır.

Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə günü axşam saatlarında xalqa müraciət edib. O, ümummilli fövqəladə vəziyyət elan etdikdən bir neçə saat sonra rus dilində "Ukrayna xalqı və Ukrayna hökuməti sülh istəyir" deyib. Millət hücuma məruz qalsa, “biz cavab verəcəyik” - deyə, əlavə edib.

O, daha sonra Rusiyanın Ukraynanın təhdid yaratması ilə bağlı iddialarını rədd edib və işğalın minlərlə insanın həyatına son qoyacağını bildirib. O, həmçinin Putinə zəng etməyə çalışdığını, lakin Kremldən cavab gəlmədiyini deyib.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • «Putin dünya düzənini dağıdır!»

    «Putin dünya düzənini dağıdır!» ...

    19-02-2017, 19:58

  • 
  • Obama ilə Putin nə danışdılar?

    Obama ilə Putin nə danışdılar? ...

    17-04-2014, 10:15

  • 
  • Putin Ukraynanın Luqansk və Donetsk əhalisinə pasport təklif edir

    Putin Ukraynanın Luqansk və Donetsk əhalisinə ...

    19-07-2019, 11:10

  • 
  • Makron və Putin Ukraynada durumu müzakirə edib

    Makron və Putin Ukraynada durumu müzakirə edib ...

    9-09-2019, 15:32

  • 
  • “Ruslar mərkəzləşdirilmiş qaydada bizim silah anbarlarımızı məhv edir...”

    “Ruslar mərkəzləşdirilmiş qaydada bizim silah ...

    9-10-2018, 14:49


Təqvim

«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

Arxiv xəbərlər

Fevral 2023 (118)
Yanvar 2023 (499)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (497)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (581)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu