KTMT və MDB-dəki bəzi müttəfiqlər gözləmə mövqeyi tutsalar da, rəsmi Minskin öz siyasətindən dönmədi.
Gundemxeber.az AzVision.az-a istinadla xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko hərbi ali məktəbin məzunlarının və yüksək rütbəli zabitlərin təltif edilməsi mərasimində deyib. O qeyd edib ki, "Qərbdən gələn kütləvi təzyiqlər ona gətirib çıxarıb ki, təəssüf ki, KTMT və MDB-dəki bəzi müttəfiqlərimiz, yumşaq desək, gözləmə mövqeyi tuturlar. Amma eyni zamanda, Belarusun siyasəti sarsılmayıb, biz fikrimizə və maraqlarımıza hörmət edən ölkələrlə dialoqu davam etdiririk”.
Onun sözlərinə görə, Belarus və Rusiyanın daxil olduğu iqtisadi və siyasi birlikləri parçalamağa cəhdlər olur. Lukaşenko onu da vurğulayıb ki, Minskə təzyiq təkcə hərbi-siyasi sahədə deyil, həm də digər sahələrdə, ilk növbədə, iqtisadi və informasiya sferasında artır. - Bu bir daha onu təsdiq edir ki, Belarusa qarşı hər zaman hücum xarakterli genişmiqyaslı hibrid müharibə başladılır, - Lukaşenqo deyib. Belarus prezidenti fikirlrinə onu da əlavə edib ki, bu müharibədə Şimali Atlantika Alyansına kiberməkanda psixoloji əməliyyatlar və təxribat hərəkətləri həyata keçirmək üzrə ixtisaslaşan həm milli, həm də koalisiya strukturları iştirak edirlər.
Sorğu
Yeni dizaynımız necədir?