GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Qərb molla rejiminə gizli dəstək verir - Şok məqamlar üzə çıxdı

Qərb molla rejiminə gizli dəstək verir - Şok məqamlar üzə çıxdı

Tarix: 16-02-2023, 13:28 Bölmə :Dünya Baxış: 154

Ötən ilin sentyabr ayının ortalarından başlayaraq İranda kütləvi etiraz aksiyaları keçirilir. 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir müddət sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Etirazçılar ölkədə hakimiyyətin dəyişməsini tələb ediblər.

 

Təhlükəsizlik qüvvələri ilə toqquşmalarda 500-dən çox dinc etirazçı öldürülüb. Minlərlə həbs edilən var, həbs edilənlərdən bir neçəsi edam edilib. 

Qərb dövlətləri həm etiraz aksiyalarında dinc insanlara zorakılıq edildiyinə, həm də Ukraynada mülki şəxslərə hücumda istifadə edilən pilotsuz uçuş aparatlarını Rusiyaya verdiyinə görə, İrana qarşı çoxsaylı sanksiyalar tətbiq edib. İranın nüvə silahına sahib olmaq istəyi də İsrail və Qərb dövlətləri tərəfindən narazılıqla qarşılanır.

1979-cu il inqilabı ilə hakimiyyətə gələn teokratik rejim dinc insanlara qarşı zorakılığı, azərbaycanlılar başda olmaqla digər millətlərin hüquqlarını tapdalamağı, Yaxın Şərqdə "proksi" orduları ilə sabitliyi pozmağı davam etdirir. İran rejimi qonşuluğunda yerləşən dövlətləri də təhdid edir. Ötən ay Azərbaycan səfirliyinə silahlı hücum edilib, İraqın şimalına raket zərbələri endirib və Əfqanıstanla sərhəddə ara-sıra toqquşmalar baş verir.

 

Çoxsaylı sanksiyalara və təzyiqlərə baxmayaraq, etirazçılar və Qərb İranda hakimiyyət dəyişikliyinə səbəb ola bilməyib. Ümumiyyətlə, Qərbdə İrana qarşı münasibət yekdil deyil. Bu yaxınlarda Qərb mətbutında yayılan məlumata görə, Vaşinqtonun Tehrana qarşı sanksiyalarına baxmayaraq, İranda istehsal edilən pilotsuz uçuş aparatlarından birinin 76 komponenti ABŞ-da yerləşən 14 şirkətdən alınıb.

 

 

Məsələ ilə bağlı Modern.az-a danışan Orta Doğu Araşdıma Mərkəzinin rəhbəri Sədrəddin Soltan da bildirib ki, Qərbin İrana münasibəti birmənalı deyil:

 

“İran İslam İnqilabı Keşikçilərini (SEPAH-red) ABŞ və onun regional müttəfiqi İsrail terrorçu təşkilat kimi tanıyıb. Amma Böyük Britaniya başda olmaqla Avropa ölkələri bu addımı atmaqda çətinlik çəkirlər. Doğrudur, Böyük Britaniyada hökumət, təhlükəsizlik orqanları belə bir addımın atılmasını müsbət qəbul edib. Lakin ölkənin Xarici İşlər Nazirliyi bir müddət sonra sözügedən addımın  nüvə proqramı və digər məsələlərlə bağlı İranla danışıqlara mane olacağını bildirdi. Beləliklə, sözügedən addımdan imtina edildi. Almaniya, Fransa və Avropa İttifaqı da İrana qarşı belə addım atmaqdan çəkinir. Düşünürlər ki, əllərində bunun üçün kifayət qədər fakt yoxdur. Ancaq söhbət İran hökuməti ilə əlaqələrdən gedir. İran hakimiyyətinin hələ də güclü olub ölkəyə nəzarət etmə imkanlarını itirmədiyinə görə, Avropa ölkələri bu addımı atmır. Bu səbəbdən rejim ayaqda durmağı bacarır”.

Sədrəddin Soltan digər bir səbəb kimi İran hakimiyyəti daxilində birliyi göstərib:

 

"Sentyabr 17-dən başlayaraq İranda etiraz aksiyaları başlayıb. Aksiyalar zamanı baş verənlərə görə, İran hakimiyyəti daxilində nə Nazirlər Kabinetindən, nə  SEPAH-dan, nə də ordudan heç kim istefa verməyib.  Bu yaxınlarda bir polis məmuru belə bir bəyanat vermişdi ki, hicab qaydalarına əməl edilib-edilməməsinə nəzarət polisin işi deyil. Onu da cəzalandırdılar. İran hökumətindən verilən rəsmi məlumatlara görə isə onunla “tərbiyəvi” iş aparılıb.  Bu hadisə hakimiyyət daxilində geniş yayılmayıb. Yəni İran hakimiyyəti daxilində etirazçılara yardım edən yoxdur. Bu da İran rejiminin hələ də öz bütövlüyünü qoruduğunun göstəricisidir. Belə olduqda xarici təsir də zəif olur. SEPAH-la, İran hakimiyyətinin ayrı-ayrı qurumları ilə bağlı sanksiya tətbiq olunsa belə təsir etmir”. 

S.Soltanın fikrincə İran rejiminin hələ də ayaqda durmasının əsas səbəblərindən biri də Çindir: 

“Çinin Qərbə qarşı istifadə etdiyi əsas iki qüvvə var. Bunlardan biri Rusiya, digəri isə İrandır. Çin İran hakimiyyətindən Qərbi sıxmaq,ona təsir etmək üçün istifadə edir. Ona görə də, məsələ heç də göründüyü kimi adi və bəsit deyil”.

Qeyd edək ki, İran prezidenti İbrahim Rəisi bir neçə gün əvvəl Çinə səfər edib. Səfər zamanı Tehran və Pekin arasında 20 əməkdaşlıq sazişi imzalanıb. 

 Politoloq Cümşüd Nuriyev vurğulayır ki, İranın çoxtərəfli oynaması onun ayaqda qalmasına yardım edir:

“İran həmişəki kimi çoxtərəfli oynayır. Molla rejimi bir tərəfdən hakimiyyətini qorumağa çalışır, digər yandan üzdə söydüyü dövlətlərlə yaxın münasibətlər qurur. ABŞ, İsrail, Fransa və Britaniya ilə İranın Yaxın Şərqdəki maraqları həmişə üst-üstə düşüb. Tarixdə belə faktlar var. İranın İraqla müharibə zamanı Amerikadan silah almasını misal çəkmək olar. Bu rejimin yaranmasında elə Qərb dövlətlərinin - Fransanın, Britaniyanın böyük xidmətləri var. Çünki Seyid Əli Xomeyni birmənalı şəkildə ingilisin adamı olub. Atası ingilis, anası hindistanlıdır. Yaxın və Orta Şərqi idarə etmək üçün ingilislər həmişə bu və ya digər formada nəsə fikirləşirlər. Bu gün də İran əvvəlki nökər xidmətini davam etdirir. İran Rusiyaya qarşı da səmimi deyil”. 

Onun sözlərinə görə, İranı ayaqda saxlayan dini rejimdir: 

“İranda dövlətçilik yox, molla-məscid münasibətləri var. Molla-məscid münasibətləri də dövlət demək deyil. İranın ayaqda qalması üçün lazım olan siyasi, iqtisadi və başqa sahələr iflasdadır. İran yavaş-yavaş tənəzzülə uğrayır. Türklər, kürdlər, bəlucilər heç kim İran rejimini istəmir. Onları bir yerdə saxlayan yeganə amil dindir.  Ancaq iki nəsil dəyişib. Hamı molla rejiminin yalan danışdığını anlayıb. İranda artıq "siyasi zəlzələ" baş verib. Bu da onun birdən-birə dağılmasına gətirib çıxaracaq”.


Gundemxeber.az



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İranda 400 etirazçı hələ də həbsdədir

    İranda 400 etirazçı hələ də həbsdədir ...

    14-01-2018, 23:16

  • 
  • Rejim xalqa müharibə elan edib

    Rejim xalqa müharibə elan edib ...

    1-02-2013, 10:32

  • 
  • İranda kürd üsyanı yetişir

    İranda kürd üsyanı yetişir ...

    15-12-2012, 15:02

  • 
  • Nataşalar fars-molla rejiminə qarşı

    Nataşalar fars-molla rejiminə qarşı ...

    26-12-2012, 12:57

  • 
  • Fələstinlilərin etiraz aksiyalarında 1100 nəfər xəsarət alıb

    Fələstinlilərin etiraz aksiyalarında 1100 nəfər ...

    10-12-2017, 14:34


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu