GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Avropa İttifaqından Pekinə ittiham – Moskvanı dəstəkləyir

Avropa İttifaqından Pekinə ittiham – Moskvanı dəstəkləyir

Tarix: 5-04-2023, 10:47 Bölmə :Dünya Baxış: 162

Avropa İttifaqının xarici işlər komissarı aprelin 4-də Çinin Rusiyanın Ukraynaya müdaxiləsinin ardınca Moskvanı dəstəkləməsini kəskin tənqid edib.

Jozep Borrel deyib ki, bu Pekinin BMT qarşısında öhdəliklərini kobud şəkildə pozması deməkdir:

“Burada təcavüzkarın tərəfini saxlamaq olmaz. Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkədən gözlənti budur ki, o beynəlxalq qaydalara əsaslanan nizamın müdafiəsinə qalxsın. Ədalətli sülhə töhfə vermək Çinin mənəvi borcudur”.

Associated Press agentliyi bildirir ki, Borrel Avropada səfərdə olan ABŞ dövlət katibi Entoni Blinkenlə görüşündə “Aİ-nin partnyorundan onun rəqibinə çevrilmiş Çini” kəskin tənqid edib.

Çinə səfər

AP yazır ki, bu bəyanat Avropa Komissiyasının rəhbəri Ursula van der Leyenin və Fransa prezidenti Emmanuel Makronun Çinə səfərə hazırlaşdıqları ərəfəyə təsadüf edir.

İki siyasətçi həmin səfərdə Pekinə izah edəcəklər ki, Aİ-Çin münasibətləri “Pekinin Moskva ilə dostluğundan” təsirlənə bilər.

AP-nin xəbərinə görə Makron və von der Leyen Çin prezidenti Si Tsinpinlə danışıqlarında Pekinə Moskvaya silahlar göndərməməsi üçün xəbərdarlıq edəcəklər.

Bu da qeyd olunur Ursula von der Leyen strategiyaların koordinasiyası üçün səfərdən az əvvəl Ukrayna prezidenti Volodmir Zelenskiyə zəng edib.

Pekin neytral olduğunu desə də…

AP yazır ki, Pekin hətta Ukrayna müharibəsində neytral olduğunu iddia etsə də, onun iki həftə bundan əvvəl Moskvaya səfər etməsi və Vladimir Putinlə görüşməsi bunun tam əksini göstərir.

Borrel bu barədə deyib:

“Onlar razılaşdırmışdılar ki, xaricdə heç bir nüvə silahı yerləşdirilməsin. Amma bundan bir-iki gün sonra Rusiya Belarusda taktiki nüvə silahı yerləşdimək planını açıqladı”.

Borrel bildirib ki, Pekinin əgər Aİ ilə münasibətlərin pozulmasını istəmirsə niyyətlərini dəyişdirməlidir:

“Biz Çinə aydın şəkildə bildirmişik ki, onun Rusiyanın törətdiyi qırğın və hərbi cinayətlərə münasibəti Pekinin bizimlə münasibətlərinin keyfiyyətini şərtləndirəcək”.

AP yazır ki, Makron, Si və von der Leyen arasında danışıqlarda ticarətin, Ukrayna müharibəsinin və iqlim dəyişikliyinin müzakirə ediləcəyi gözlənilir.

Pekini inandırmağa çalışacaqlar ki…

Avropa siyasətçiləri Si ilə görüşdə Çinin sülhə dəstəkdəki rolunun mühümlüyünü xatırladacaq və ona deyəcəklər ki, o, Putinlə görüşün ardınca Ukrayna prezidenti ilə də birbaşa görüşməlidir.

Onlar həm də Siyə deyəcəklər ki, Pekin Ukraynada nüvə silahına əl atacağı ilə hədələyən Moskvaya təsir göstərməlidir.

Von der Leyen habelə Çin prezidentinə deyəcək ki, Rusiya-Türkiyə-Ukrayna və BMT arasında taxılın Qara dəniz üzərindən ixracına imkan verən razılaşmanın müddəti uzadılmalıdır. Hazırda bu müddət mayın ortalarında baş çatır. Rusiyanın BMT-dəki səfiri bildirib ki, Moskva razılaşmanın daha 60 gün uzadılmasına razıdır. Halbuki ilkin razılaşmada 120 günlük müddət nəzərdə tutulmuşdu.

AP yazır ki, Avropa İttifaqı Çinin mövqeyində əhəmiyyətli dəyişikliyin baş verəcəyini gözləməsə də, supergüc olan Pekinlə, xüsusilə də ticarət məsələlərində təmasların saxlanmasına tərəfdardır.

2022-ci ildə Çin Avropanın ixracatında üçüncü yeri tutub və bu ölkə Aİ-nin ən böyük idxal partnyorudur.

Bu da qeyd olunur ki, Avropa İttifaqı bir sıra strateji sektorlarda – xammal, kompüterlərlə bağlı texnologiyalar, yarımkeçiricilər sahələrində Çindən asılıdır.


GUNDEMXEBER.AZ



Avropa İttifaqından Pekinə ittiham – Moskvanı dəstəkləyir



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tramp Çini ABŞ seçkilərinə müdaxiləyə cəhddə ittiham edib

    Tramp Çini ABŞ seçkilərinə müdaxiləyə cəhddə ...

    19-09-2018, 13:20

  • 
  • İlham Əliyev Çinə gedir

    İlham Əliyev Çinə gedir ...

    19-04-2019, 10:21

  • 
  • ABŞ-ın USS Mustin gəmisi Çinin süni adaları yaxınlığında hərbi manevlər keçirib

    ABŞ-ın USS Mustin gəmisi Çinin süni adaları ...

    23-03-2018, 20:30

  • 
  • Çin ABŞ-a müharibə xəbərdarlığı etdi - Cavabını da aldı

    Çin ABŞ-a müharibə xəbərdarlığı etdi - Cavabını ...

    30-10-2015, 23:18

  • 
  • “TRAMP ADLI FİL ÇİNİN QAB-QACAQ DÜKANINA GİRİB” – “Çin əsri” gözlənildiyindən də tez gələ bilər!

    “TRAMP ADLI FİL ÇİNİN QAB-QACAQ DÜKANINA GİRİB” – ...

    8-01-2017, 21:09


Təqvim

«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Arxiv xəbərlər

May 2025 (250)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1091)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu