Gundemxeber.az » Dünya » Səhifə 1141
ABŞ, Ukraynanın şərq ərazisində Rusiyanın dəstəklədiyi separatçılara qarşı döyüşlərdə ölkəni yardım məqsədilə döyüş təyinatlı silahlarla təmin edəcək.
İran rəsmiləri paytaxt Tehranda keçirilən və spirtli içkilərin təklif edildiyi partilərdə iştirak edən 230 gənc kişi və qadını həbs edib. Bu məlumatı ISNA xəbər agentliyi yayıb.
Rusiya prezidenti Vladimir Putin Rusiyanı modernləşdirmək üçün öz təkliflərini səsləndirib. Bununla bərabər, şənbə günü onun bəzi rəqibləri növbəti ilin mart ayında keçiriləcək prezident seçkilərində namizədliklərini rəsmən irəli sürüblər.
Avstraliya, İslam Dövləti militantlarının İraq və Suriya ərazilərindəki hədəflərinə qarşı hava hücumlarını dayandırmaq qərarı verib. Bu qərar İŞİD-ə qarşı ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyada Avstraliyanın iki ildən çox iştirakından sonra verilib.
ABŞ-da məhkəmə prezident Donald Trampın müsəlman ölkələrdən qaçqınların qəbuluna tətbiq etdiyi qadağanı qismən ləğv edib.
Amerika prezidenti Donald Tramp ölkənin immiqrasiya siyasətinə həsr olunmuş brifinqdə Əfqanıstan, Haiti və Nigeriyadan ABŞ-a olduqca çoxlu sayda insanın gəlməsindən ciddi narazılığını bildirib, həmçinin həmin şəxslər barəsində etinasız fikirlər səsləndirib.
Səudiyyə Ərəbistanı hökuməti rüşvətxorluq iddiası ilə həbs edilən ölkənin ən zəngin iş adamı, şahzadə Vəlid Talaldan azadlığa buraxılması müqabilində 6 milyard dollar pul tələb edib.
Bu gün səhər saatlarından etibarən İstanbula yağan qar nəticəsində dəniz reysləri ləğv edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?