Gundemxeber.az » Dünya » Səhifə 1817
NASA mütəxəssisləri kəşfiyyat təyyarələrinin köməyi ilə Antarktidanın ən zəif buzlağında yüz kilometrlik çat aşkarlayıblar. Alimlərin sözlərinə görə, tapıntı buzlu massivin dağılmasını və meqa-aysberqin yaranmasını göstərir.
Rusiyanın Tümen vilayətində jurnalist Sergey Surazakovun bazardan aldığı xurmadan zəhərli hörümcək çıxıb. Bu barədə sosial şəbəkədə yazan jurnalist bildirib ki, hörümçək Azərbaycandan gətirilən xurmanın üzərində evə daxil olub.
Son məlumata görə Ermənistan Müdafiə Nazirliyi qəza zamanı nazirin avtomobildə olduğunu təkzib edib.
İran məhkəməsi moda aləmində çalışan 12 nəfəri cəzalandırıb. Tutulanlar fahişəliyin təbliğatında suçlanaraq, 5 aydan 6 ilə qədər həbs cəzası alıblar. Onların modayla məşğul olması həbs müddəti bitdikdən sonra da 2 illiyə qadağan olunub.
Ümumi Suriya üzrə vəziyyətin normallaşması Rusiya və Türkiyə üçün prioritet məsələdir və bu bütün regionun xeyrinə olacaq.
"The İndependent" yazır ki, Çində ailə sədaqətsizliyi ilə üzləşən ər və arvadlar həyat yoldaşlarının nikahdankənar münasibətlərinə qarşı "məşuq və məşuqə ovçularını" kirayələyirlər.
Almaniya kansleri Angela Merkel doqquzuncu dəfə Xristian-Demokratik İttifaqı (XDİ) partiyasının sədri seçilib.
İran Parlamentinin sədri Əli Laricani Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkələrarası ticarət dövriyyəsində milli valyutadan istifadə edilməsi ilə bağlı təklifini müsbət qarşıladıqlarını açıqlayıb.
Rusiyanın baş naziri Dmitri Medvedev və onun türkiyəli həmkarı Binəli Yıldırım energetika, nüvə və neft-qaz sahələrinə dair məsələləri müzakirə ediblər.
Belçika polisi İŞİD-i maliyyələşdirməkdə və qruplaşmaya yeni silahlılar cəlb etməkdə şübhəli bilinən 8 şəxs saxlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Belçika Federal Prokurorluğunun bəyanatında bildirilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?